Türkiyəli nazir: “İslam Həmrəyliyi Oyunları üçün günləri sayırıq”backend

Türkiyəli nazir: “İslam Həmrəyliyi Oyunları üçün günləri sayırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İslam Həmrəyliyi Oyunlarına 7 gün qalıb, artıq günləri geriyə sayırıq. Konya, Türkiyə olaraq yarışa hazırıq. İdman obyektlərimiz də hazırdır. Biz insan resurslarımızla yarışa hazırıq. Biz bütün təşkilati imkanlarımızla hazırıq”.

TİA.AZ xəbər verir ki, bunu Türkiyənin gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlu deyib.

O, 9 avqustda açılış mərasiminin olacağı V İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı danışıb. 45 yaşlı nazir bildirib ki, bu yarış üçün Konyaya ümumilikdə 56 ölkədən 6 000-dək nümayəndə təşrif buyuracaq:

“Konyaya 4 000-dən çox idmançı gələcək. Bütün heyətlə birlikdə bu say 6 000 olacaq. Burada gənc könüllülərimiz şəxsən öz töhfələrini verəcəklər. Bununla belə, İslam Həmrəyliyi Oyunlarının ruhuna uyğun olaraq idmanın birləşdirici gücü ilə bir araya gələcəyik. Burada 56 ölkədən idmançılar iştirak edəcək”.

Nazir 9 avqustda keçiriləcək açılış mərasiminə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatılacağını xatıradıb: “Prezidentimizin iştirakı ilə əla açılış mərasimi keçirəcəyik. Dövlət nümayəndələri, dövlət başçıları, baş nazirlər, idman ictimaiyyəti Konyamızda olacaq. Biz onları ən yaxşı şəkildə qarşılayacağıq. Bundan əlavə, atletlər idmanın birləşdirici ruhuna uyğun olaraq ən güclü rəqabət və dostluq nümayiş etdirəcək. Bu münasibətlə bütün idmançılara uğurlar arzulayıram”.

Xatırladaq ki, Azərbaycan avqustun 18-dək davam edəcək İslam Həmrəyliyi Oyunlarında 22 idman növündə təmsil olunacaq.