Türkiyəli iş adamı “Gilan Holdinq”i  MƏHKƏMƏYƏ VERDİbackend

Türkiyəli iş adamı “Gilan Holdinq”i MƏHKƏMƏYƏ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilən “Gilan Holdinq” MMC məhkəməyə verilib.

İddiaçı “Ertok” MMC-dir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır. Artıq iş üzrə hazırlıq iclası keçirilib. Məhkəmə çəkişməsinin səbəbi alqı-satqı müqaviləsi üzrə mübahisələrdir.

“Ertok” MMC 26 noyabr 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Türkiyə vətəndaşı Olcay Aydır. Şirkət təsərrüfat mallarının satışı ilə məşğuldur.

Bundan əvvəl “Gilan Holdinq”ə daxil olan “Gilan İnşaat” şirkəti məhkəməyə verilmişdi.