Türkiyədən sevindirici xəbər: Meşə yanğını nəzarət altına alınıbbackend

Türkiyədən sevindirici xəbər: Meşə yanğını nəzarət altına alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Marmaris rayonundakı meşə sahəsində baş verən yanğın üç gün sonra nəzarətə götürülüb.

TİA.AZ xəbər verir ki, sevindirici xəbəri ölkənin daxili işlər naziri Süleyman Soylu və kənd təsərrüfatı naziri Vahit Kirişçi açıqlayıblar.

Kirişçi bildirib ki, bu yanğınla bağlı ən böyük təsəlliləri insan itkisinin olmamasıdır.

Soylu vurğulayıb ki, vaxtında müdaxilə edilməsəydi, çox riskli ərazi idi.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.