Türkiyədən rus turistləri öz kurortlarına qaytarmaq üçün maraqlı təklifbackend

Türkiyədən rus turistləri öz kurortlarına qaytarmaq üçün maraqlı təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ankara Rusiya Federasiyasına təhlükəsiz turizm üçün şərait yaratmaqla bağlı bir model təklif edib. Bu modelə əsasən, uçuşlar ilk növbədə kurort bölgələrinə bərpa ediləcək. 
TİA.AZ xəbər verir ki, bu barədə RİA Novosti-yə Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy bildirib.
“Bildiyiniz kimi, rusiyalı turistlər əsasən Antalya, Bodrum, Dalaman və İzmirə gəlirlər. Bu bölgələrdə COVID-19 infeksiyası hallarının gündəlik artımına baxsanız, Türkiyə ortalamasının 50 %-nin altında olduğunu görə bilərsiniz. Əlavə olaraq, otellər əsasən “hər şey daxil” sistemi ilə işləyir… Birinci mərhələdə bu hava limanlarına, daha sonra bütün Türkiyəyə uçuşlara başlamağı təklif edirik”, – nazir deyib.
Onun sözlərinə görə, gələcəkdə Rusiya tərəfinin tələbləri yerinə yetirildiyi halda hava nəqliyyatı digər hava limanlarına da genişləndirilə bilər.
“Bu sistemi Almaniya ilə başlatdıq, çox uğurlu oldu”, – Ərsoy bildirib və son qərarın Rusiyadan asılı olduğunu qeyd edib.
Rusiya ciddi epidemioloji vəziyyətə görə 15 aprel – 1 iyun tarixləri arasında bu Türkiyə ilə hava nəqliyyatını məhdudlaşdırıb. Vəziyyəti və uçuşların bərpası perspektivlərini qiymətləndirmək üçün Rusiya Federasiyasından bir nümayəndə heyəti Türkiyəyə göndəriləcək.