Türkiyədə yeni yanğın ocağı əmələ gəlibbackend

Türkiyədə yeni yanğın ocağı əmələ gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Kahramanmaraş əyalətində meşəlik ərazidə yeni yanğın ocağı yaranıb.

TİA.AZ Haberturk-ə istinadən xəbər verir ki, Onikişubat mahalının Demrek məhəlləsində yerləşən meşəlik ərazidə ildırım çaxması nəticəsində yanğın baş verib.

Kahramanmaraş Meşə Bölgəsi Müdirliyi tərəfindən bölgəyə 10 su çiləyicisi, 3 inşaat maşını, 10 texniki işçi və 100 yanğınsöndürmə işçisi göndərilib. Yanğnın söndürülməsinə havadan 4 helikopter də cəlb olunub. Ekipajlar alovun qarşısını almaq üçün işlərini davam etdirir.