Türkiyədə vaksin sənədi olmayan işçilər həftədə bir dəfə test verməli olacaqlarbackend

Türkiyədə vaksin sənədi olmayan işçilər həftədə bir dəfə test verməli olacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyi iş həyatını tənzimləmək, işçi-işəgötürən münasibətlərində əmək münasibətlərini asanlaşdırmaq və qoruyucu tədbirlər görmək baxımından yeni qərar qəbul edib.

TİA.AZ  Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərarın mətni ölkənin 81 əyalətinin valiliyinə göndərilib.

Belə ki, sentyabrın 6-dan etibarən COVID-19 pasportu olmayan işçilər həftədə bir dəfə məcburi PCR testi verməlidirlər. Testin nəticələri lazımi tədbirləri görmək üçün işəgötürən tərəfindən tələb oluna bilər.