backend

Türkiyədə Üzeyirin mahnısı üstündə dava

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Seda Sayanın sevgilisi, “Erco” musiqi şirkətinin rəhbəri Erkan Çelik ilə Sinan Özenarasında böyük qalmaqal yaşanıb. 

Türkiyədə Seda Sayanın sevgilisi, “Erco” musiqi şirkətinin rəhbəri Erkan Çelik ilə Sinan Özenarasında böyük qalmaqal yaşanıb.

TİA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Sinan 7 il sonra “Bambaşka” adlı albom çıxarıb.

Albomda “Dur gitme” adlı mahnı azərbaycanlı ifaçı Üzeyir Mehdizadənin ifa etdiyi “Yaxşı olar”ın plagiatıdır.

S. Özen albomunda özünü musiqi parçasının müəllifi kimi qeyd edib.

Erkan Çelik isə mahnını iki il əvvəl aldığını, Türkiyədə mahnının hüquqlarının ona aid olduğunu söyləyib.

O, sahib olduğu musiqi şirkətinin solisti Sevcan Dalkıranın həmin mahnını ifa etdiyini söyləyib:

“Mahnını iki il əvvəl almışam, bütün hüquqlar mənə aiddir. Keçdiyimiz aylarda şirkətimizin solisti, həmin mahnını “Ay balam” adıyla ifa edib. Bəstə Üzeyir Mehdizadəyə məxsusdur. Sinan “Erco” adlı şirkətimizdən icazə almayıb, mahnını albomuna daxil edib. Təbii ki, qanun qarşısında cavab verəcək”.

“Qafqazinfo” məsələ ilə bağlı Üzeyir Mehdizadə ilə əlaqə saxlayıb.

Müğənninin köməkçisi Nicat İsmayıloğlu mahnının Türkiyə musiqi şirkətinə satılması barədə yayılan xəbərləri təsdiq edib:

“Doğrudur, mahnı iki il əvvəl Türkiyə şirkətinə satılıb. Mahnının hüququ bir müddətlik onlara verilib. Bu işlərlə həmin ölkə üzrə əməkdaşımız məşğul olub. Çünki Üzeyirin Azərbaycan və xarici ölkələr üzrə işlərini başqa-başqa insanlar görürlər”.