Türkiyədə torpaq sürüşməsi: azərbaycanlı sürücü həlak oldu – Anbaan görüntülərbackend

Türkiyədə torpaq sürüşməsi: azərbaycanlı sürücü həlak oldu – Anbaan görüntülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin Gürcüstanla sərhədyanı bölgəsində – Artvin şəhərinin Hopa-Kemalpaşa yolunda baş verən torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
TİA.AZ xəbər verir ki, ölən şəxslərdən biri azərbaycanlıdır.
Bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu feysbukda yazıb.
“Hadisə zamanı bir azərbaycanlı sürücü həlak olub. Uçqun nəticəsində Türkiyə vətəndaşı olan daha iki TIR sürücüsü də xəsarət alıb. Vəfat edən sürücümüzün kimliyini müəyyən etmək istiqamətində ABADA tərəfindən işlərə başlanılıb. Allah rəhmət etsin”, – o bildirib.
Qeyd edək ki, 3 yük maşını qayaların altında qalıb.