Türkiyədə tanınmış azərbaycanlı qətlə yetirildi – Kriminal aləmin adamı imiş…backend

Türkiyədə tanınmış azərbaycanlı qətlə yetirildi – Kriminal aləmin adamı imiş…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul şəhərinin Fatih bölgəsindəki idman zalında silahlı insident yaşanıb.

Bakupost.az “TRT Haber”ə istinadən xəbər verir ki, Seyyid Ömer məhəlləsində yerləşən idman zalında bir nəfər güllələnərək öldürülüb. Hadisə yerinə polis və təcili yardım briqadası cəlb olunub.

İllkin məlumata görə, idman zalında qətlə yetirilən şəxs Ceyhun Beyləqanlı adı ilə tanınan azərbaycanlıdır. Sosial şəbəkələrdə yayılan informasiyaya görə, o, kriminal aləmə yaxın şəxsdir. Onun Yadigar adlı digər azərbaycanlı tərəfindən qətlə yetirildiyi iddia edilir.
Türkiyə mediasında hələ ki, idman zalında güllələnən şəxsin kimliyi ilə bağlı məlumat yer almayıb.