Türkiyədə saxlanılan rus jurnalistlər sərbəst buraxıldıbackend

Türkiyədə saxlanılan rus jurnalistlər sərbəst buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə saxlanılan Rusiyanın “NTV” kanalının jurnalistləri sərbəst buraxılıb.

İstanbul məhkəməsi bu gün jurnalistləri həbsdən azad edib. Bu barədə “TASS” agentliyinin müxbirinə İstanbul Çağlayan Ədalət Sarayındakı bir mənbə məlumat verib.

“Baş Prokurorluqda ifadə verdikdən sonra iki rus jurnalist sərbəst buraxıldı. Onlarla birlikdə bir Türkiyə vətəndaşı da nəzarətdən azad edildi”, -deyə mənbə bildirib.

Televiziya şirkətinin mətbuat xidməti jurnalistlərin yaxın vaxtlarda Rusiyaya deportasiya ediləcəyini açıqlayıb.

“İlkin məlumata görə, yaxın vaxtlarda həmkarlarımız deportasiya olunmalıdır. Təfərrüatları dəqiqləşdiririk: hələlik rəsmi məlumatımız yoxdur”.

Xatırladaq ki, dekabrın 4-də Rusiyanın “NTV” telekanalının müxbiri Aleksey Petruşko, operator İvan Malişkin və Azərbaycan əsilli Türkiyə vətəndaşı Aytac Carçıyeva Türkiyənin İstanbul şəhərində PUA istehsal sahələrinin icazəsiz çəkilişi zamanı saxlanılıblar.