Tribuna İnformasiya Agentliyi

Türkiyədə referendumun tarixi

07 Dekabr

Türkiyə Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) arasında danışıqlar müsbət nəticələnərsə, Konstutisiya dəyişiklikləri üzrə referendum 2017-ci il aprelin 23-də keçirilə bilər. 

Türkiyə Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) arasında danışıqlar müsbət nəticələnərsə, Konstutisiya dəyişiklikləri üzrə referendum 2017-ci il aprelin 23-də keçirilə bilər.

TİA.AZ xəbər verir ki, bu haqda “Yeni Şafak” nəşri yazıb.

Dünən Türkiyənin baş naziri, AKP-nin sədri Binəli Yıldırım ilə MHP-nin lideri Dövlət Bağçalı arasında görüş keçirilib. Görüşdə parlamentin buraxılması və prezidentin fərman vermə səlahiyyəti ilə bağlı fikir ayrılıqları aradan qaldırılıb.

AKP Konstitusiya dəyişiklikləri üzrə qanun layihəsini ən geccümə günü Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim etməyi planlaşdırır. TBMM sədri İsmayıl Kahraman səsvermədə iştirak edə bilməyəcəyi üçün AKP-nin 316 millət vəkili qanun layihəsini dəstəkləyəcək.

MHP-nin parlamentdə 39 millət vəkili var. Ancaq MHP-li 4 millət vəkil daha əvvəl qanun layihəsinin əleyhinə səs verəcəyini açıqlayıb. MHP-nin qalan 35 millət vəkilinin mövqeyində isə dəyişiklik gözlənilmir. Bu halda, AKP və MHP-nin birlikdə 351 səsi qanun layihəsinin parlamentdən keçməsi üçün kifayət edəcək və referendum keçirmək mümkün olacaq.