Tribuna İnformasiya Agentliyi

Türkiyədə prezidentin andiçmə mətni dəyişdirilir

18 Noyabr

Türkiyə Konstitusiyasında prezidentin andiçmə mətninin dəyişdirilməsi təklif olunur. 

Türkiyə Konstitusiyasında prezidentin andiçmə mətninin dəyişdirilməsi təklif olunur.

TİA.AZ “Haber7”-yə istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Milliyətçi Hərəkat Partiyasına (MHP) təqdim etdiyi Konstitusiyaya dəyişikliklərdə bu müddəa yer alıb.

Məlumata əsasən dəyişikliklərə səbəb andiçmə mətninin uzun olması, həmçinin Baş Nazirlik və Nazirlər Kabinetinin ləğv edilməsi göstərilir. Mətnin qısaldılaraq, anlaşılan və düzgün bir hala salınacağı gözlənilir.