Türkiyədə “paralel dünyaya” sirli qapı tapıldı (VİDEO)backend

Türkiyədə “paralel dünyaya” sirli qapı tapıldı (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Nathaniel Rosales” adlı bir Facebook istifadəçisi “sirli qapı” adlandırdığı tapıntısını sosial şəbəkə istifadəçiləri ilə bölüşüb.
Qaynarinfo xəbər verir ki, Mersin dağının (Türkiyə) yamacında yerləşən bu görüntü qayaya oyulmuş təxminən bir metr yarımdan iki metrə qədər diametrli bir dairədir. Dairənin birindən daha kiçik olan o biri dairəyə bir xətt uzanır…

 

Bəzi şərhçilər bu formanın çoxillik, bəlkə də minillərlə mövcud olduğunu düşünür. Ufoloqlar dünyanın müxtəlif yerlərində bu günə qədər tapılmış rəsmlərlə bu dairə arasında bəzi oxşarlıqların olduğunu müəyyən edib. Bu tip görüntülərə ən çox İngiltərədə rast gəlinib. Bənzər bir nümunə 16 aprel 2017-ci ildə İngiltərədə Viltşir qraflığının Çerhill kəndində tapılıb.
Ufoloqlar dairələrin bir növ yad sivilizasiyaların nümayəndələri tərəfindən istifadə olunan “heroqliflər” olduğuna inanırlar. Onlar rəsmlər vasitəsilə bir-birinə mesajlar ötürürlər. Bəlkə də bu “heroqlif” özündə bizə məlum olmayan gizli, müəmmalı bir mənanı gizləyir, yəni hansısa səbəbdən daha uzunömürlü olması üçün qayalara oyula bilərdilər. Ancaq sual yaranır: kimin üçün? Çox güman ki, Yer üzündən uzun müddət aralı düşmüş və bir gün geri qayıdacaq hansısa insan üçün, – ufoloqlar belə qənaətə gəliblər.