Türkiyədə nə qədər insan Azərbaycanı ən yaxın dost hesab edir? (SORĞU)backend

Türkiyədə nə qədər insan Azərbaycanı ən yaxın dost hesab edir? (SORĞU)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin Publik Status Araşdırma və Məsləhət Xidmətləri təşkilatının apardığı sorğuda Türkiyə vətəndaşlarının 32,11 faizi dost ölkə deyildiyində, ilk növbədə ağla Azərbaycanın gəldiyini deyib.
TİA.AZ xarici mətbuata istinadən xəbər verir ki, aparılan sorğu zamanı respondentlərin 14,61 faizi Qətərin, 13,58 faizi Rusiyanın, 7,60 faizi isə Pakistanın adını çəkib.
Cəmi 7,19 faiz iştirakçı isə dost ölkə deiklərində ilk ağla gələn ölkənin Şimali Kipr Türk Cümhuriyyəti olduğunu deyib.
Sorğu Türkiyənin 25 şəhərində, 2275 nəfər arasında aparılıb.