Türkiyədə Mərmərə gölü quruyub – FOTObackend

Türkiyədə Mərmərə gölü quruyub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Manisa vilayətindəki Mərmərə gölü quruyub.

TRT xəbər verir ki, 150 milyon kubmetr tutumu olan gölün suyu ölkədəki rekord istilər səbəbindən buxarlanıb.

Bildirilib ki, gölün quruması ətraf kənd və qəsəbələrdə yaşayan yerli sakinlər üçün əsl fəlakətə çevrilib.

Belə ki, su hövzəsi həm əkin sahələrinin suvarılması, həm də əhalinin dəniz məhsulları, xüsusən də balıqla təminatı baxımından bölgədə mühüm rol oynayıb.

Mərmərə gölü həmçinin minlərlə köçəri quş üçün də müvəqqəti dayanacaq yeri olub.

Ekspertlər gölün qurumasını ekoloji fəlakət kimi qiymətləndirirlər.