Türkiyədə koronavirusdan ölənlərin sayı 37 nəfərə çatdıbackend

Son gündə Türkiyədə koronavirusa yoluxanların sayı 1 256 nəfərdən 1 549-a çatıb.

TİA.AZ xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca özünün “Twitter”dəki səhifəsində bildirib.

Nazir qeyd edib ki, pandemiyadan ölənlərin sayı 30-dan 37 nəfərə yüksəlib.

“Bu gün 3 672 test aparıldı, onlardan 293-ünün nəticələri müsbət oldu. Biz ümumillikdə daha 7 xəstəni itirdik”, – deyə Koca “Twitter”də yazıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib. Koronavirus dünyanın 189 ölkəsində yayılıb və xəstələrin ümumi sayı 332 930 nəfərə çatıb. Yeni virusdan 14 510 ölüm hadisəsi haqqında bildirilir.