TÜRKİYƏDƏ KARANTİN REJİMİ SƏRTLƏŞDİRİLDİ – Ərdoğan açıqladıbackend

TÜRKİYƏDƏ KARANTİN REJİMİ SƏRTLƏŞDİRİLDİ – Ərdoğan açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi sərtləşdirilib. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonrakı açıqlamasında məlumat verib.

Türkiyə mediası xəbər verir ki, bütün ölkə ərazisində küçəyə çıxmaq axşam saat 21:00-dan səhər saat 05:00-dək məhdudlaşdırılıb. Bu qayda həftənin bütün günləri keçərlidir.

Xəritədə qırmızı ilə işarələnən 58 şəhərdə isə şənbə və bazar günləri küçəyə çıxmaq qadağası qoyulub.

Prezident Ərdoğan Ramazan ayı boyunca qadağaların qüvvədə qalacağını bildirib.