Türkiyədə it və pişikləri övladlığa götürən azərbaycanlı pianoçu qadın -FOTO,VİDEObackend

Türkiyədə it və pişikləri övladlığa götürən azərbaycanlı pianoçu qadın –FOTO,VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin Mersin rayonunda yaşayan 56 yaşlı azərbaycanlı pianoçu qadın Mehriban Məmmədova yaşadığı evin həyətində 200-ə yaxın it və pişik saxlayır.
Qaynarinfo Türkiyə KİV-nə istinadən xəbər verir ki, M.Məmmədova evinin ətrafında yaratdığı 30 hektar sahədə sözügedən heyvanlara ana məhəbbəti ilə qulluq edir. 56 yaşlı qadın Mersinə 2000-ci ildə Azərbaycandan gəlib.
Çankaya Mahalında məskunlaşan pianoçu Məmmədova, sevdiyi küçə canlılarına kömək etmək üçün yaşadığı evin həyətində onlar üçün hər cür şərait yaradıb. Amma 2016-cı ildə qonşularının sahibsiz heyvanların səsindən narahat olduğuna görə, xanım Məmmədova evini dəyişməyə məcbur olub.
Mehriban Məmmədova yeni evinin ətrafına pişik və itlər üçün daxmalar, oyun pilləkənləri, avtomobil təkərlərindən hazırlanmış hovuzlar tikdirib.Zaman keçdikcə heyvanlarla böyük bir qayğı göstərdiyini və hər gün onlarla vaxt keçirməkdən məmnun olduğunu deyən Məmmədova bildirib ki, qulluq etdiyi it və pişiklərinin gözləri ona minnətdarlıqla baxır: “Sən xoşbəxtsən, çünki bir şey üçün faydalısan. Heyvanları bərpa və onlara qulluq etdikdən sonra onları övladlığa götürürəm”.