Türkiyədə hərbi təyyarə qəzaya uğradı – Pilot həlak oldubackend

Türkiyədə hərbi təyyarə qəzaya uğradı – Pilot həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Konya vilayətində hərbi təyyarə qəzaya uğrayıb.

Qəza nəticəsində təyyarənin pilotu həlak olub.

Hadisə yerinə xilasedicilər cəlb edilib.

Məlum olub ki, təyyarə “Türk ulduzları” aviaakrobatika qrupuna məxsus NF-5 təyyarəsidir. Qəza təlim zamanı baş verib.

Türkiyə Milli Müdafiə Nazirliyinin hadisə ilə bağlı açıqlamasında qəzanın səbəbinin bilinmədiyi qeyd edilir. Həmçinin, məsələ ilə əlaqədar araşdırmalara başlanıldığı vurğulanır.