Tribuna İnformasiya Agentliyi

Türkiyədə güclü partlayış

04 Noyabr

Türkiyədə növbəti dəfə güclü partlayış baş verib. Türkiyədə növbəti dəfə güclü partlayış baş verib.
 
TİA.AZ xəbər verir ki, güclü partlayış Diyarbəkir vilayətinin Bağlar rayonunda polis idarəsində törədilib.
 
Türkiyə KİV-nin yaydığı məlumata görə, silahlılar terrorla mübarizə və çevik polis alayının yerləşdiyi binanı partladıb.
 
Güclü partlayışdan sonra təhlükəsizlik qüvvələri terrorçular arasında atışma olub. Ölən və yaralananlar barədə hələlik məlumat verilmir. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşınları cəlb olunub.