Türkiyədə erməni əsilli “qədim peşə sahibi”nin qəbri açıla bilər – SƏBƏBbackend

Türkiyədə erməni əsilli “qədim peşə sahibi”nin qəbri açıla bilər – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun illər Türkiyədə “fahişələr kraliçası” olaraq tanınan erməni əsilli Matild Manukyanın varisi hesab olunan 79 yaşlı Kerope Çilingir barəsində cinayət işi açılıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən bildirir ki, Hakan Bağçivan adlı şəxs hüquq mühafizə orqanlarına şikayət edərək Manukyanın əsl mirasçısının o olduğunu bildirib.

Şikayətçi iddia edir ki, Kerope Çilingir sənədləri saxtalaşdıraraq özünü Matild Manukyanın oğlu kimi rəsmiləşdirib. Hakan Bağçivan erməni əsilli “qədim peşə sahibi”nin qəbirinin açılmasını və “DNA testi” keçirilməsini tələb edib.

Məlumat üçün bildirək ki, Matild Manukyan 1914-cü əldə İstanbulda erməni ailəsində dünyaya gəlib. Əsas fəaliyyəti isə qadın ticarəti olub.

Qadın ticarətindən böyük pullar qazanan Manukyanın Türkiyədə 500 mənzilə, 50 mağazaya, 4 villaya, 220 taksiyə, 40 binaya, 2 fabrika, 37 “genəl ev”ə (qadın ticarətinin olduğu yer), həmçinin otellərə və istirahət mərkəzlərinə sahib olub.

İstanbulun Şişli rayonunun Bələdiyyə və Məhkəmə binaları da Manukyana məxsus olub və həmin qurumlara icarəyə verib.

Manukyan dəfələrlə azyaşlı qızları cinsi istismara məruz qoyması iddiası ilə həbs olunsa da sonradan Şişli rayon məhkəməsi tərəfindən sərbəst buraxılıb.

Hətta o zaman Türkiyə mətbuatında istehza ilə bildirilib ki, Şişli rayon məhkəməsi “ev sahibəsini” sərbəst buraxdı.

Ümumiyyətlə Manukyanın adı bir çox cinayət hadisələrində hallandırılıb. Ona qarşı bir neçə dəfə sui-qəsd də olub. Hətta bir dəfə ağır şəkildə yaralanıb.

Erməni əsilli bu qadının erməni terror təşkilatı ASALA-ya maddi dəstək göstərməsi barədə də mətbuatda dəfələrlə məlumatlar yer alıb. “Fahişələr kraliçası” 2001-ci ildə Türkiyədə vəfat edib.