Türkiyədə əhaliyə isti hava ilə bağlı XƏBƏRDARLIQbackend

Türkiyədə əhaliyə isti hava ilə bağlı XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Avropanı yandıran isti havalar Türkiyəyə gəlir.
TİA.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, Avropanı bürüyən istilər Türkiyəyə də gəlir. Proqnozlara görə, gələn həftənin sonuna doğru havanın temperaturu 5-10 dərəcə yüksələcək.
NTV Meteorologiya redaktoru Dilek Çalışkan önümüzdəki günlərdə Türkiyədə temperatur artımının gözləndiyini açıqlayıb:
“İstanbulda indiyə qədər yay yaxşı keçdi, həddindən artıq istilər olmadı. Sərin külək əsdi. Ancaq cümə və şənbə günləri 34-35 dərəcə artım olacaq”.