Türkiyədə dolların bahalaşması Azərbaycana necə təsir edəcək? – “Böyük xarici yatırımlarımız da bu ölkədədir”backend

Türkiyədə dolların bahalaşması Azərbaycana necə təsir edəcək? – “Böyük xarici yatırımlarımız da bu ölkədədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə yenə iqtisadi təlatümlərin içərisindədir. Siyasi-hərbi yaxınlıq öz yerində, Azərbaycanın ən böyük ticarət tərəfdaşı kimi bu ölkənin iqtisadiyyatında baş verənləri yaxından izləməyə məhkumuq. Üstəgəl, ən böyük xarici yatırımlarımız da Türkiyədədir”.

Bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib. Ekspert bildirib ki, məzənnə sabitsizliyi və yüksək inflyasiya hazırda Türkiyənin ən ciddi problemlərdir:

“20 ay ərzində 4 dəfə Türkiyə Mərkəzi Bankının rəhbərinin dəyişməsi də bazarın həssaslığını artırır. Qlobal pandemiya iqtisadiyyatı xidmət ixracatından yüksək asılı olan ölkə üçün ciddi əlavə problemlər yaratdı. 2019-cu ildə cari hesablarda yaranan 6.9 milyard dollar profisiti 2020-də 36.7 milyard dollarlı defisit əvəzlədi. Səbəb xarici ticarət kəsirinin 2 dəfə artması, xidmətlər balansının müsbət saldosunun 2 dəfə azalmasıdır. Mərkəzin Bankın ehtiyatları da kritik həddə qədər azalıb. Qızıl-valyuta ehtiyatlarının ümumu həcmi 90 mlrd. dollardan bir qədər çox, net həcmi isə daha azdır. Müqayisə üçün deyim ki, Azərbaycan iqtisadiyyatı Türkiyə iqtisadiyyatından az qala 20 dəfə kiçik olduğu halda 2 ölkənin valyuta ehtiyatları arasında fərq heç 2 dəfə də deyil. Yəni Türkiyə iqtisadiyyatının, eləcə də potensial risklərinin miqyası baxımandan son dərəcə məhdud ehtiyatlara malikdir”.

R.Ağayev qeyd edib ki, Türkiyədə hazırda yaşananlar bir məqamı çox aydın göstərir: “Havayı resurs pulları olmayan siyasi hakimiyyətlər üçün demokratik siyasi, rəqabətli iqtisadi sistem qurmağın alternativi yoxdur”.