Türkiyədə Dollar/TL məzənnəsi yenə – REKORD VURDUbackend

Türkiyədə Dollar/TL məzənnəsi yenə – REKORD VURDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Dollar/TL məzənnəsi ardıcıl üçüncü gün yüksəlişini davam etdirərək 2022-ci il rekordunu yeniləyib.

TİA.AZ xəbər verir ki, türk lirəsi üçüncü gündür ki, dollar qarşısında itkisini davam etdirir, səhmlər isə çərşənbə günü enişdən sonra yenidən yüksəlir.

USD/TL məzənnəsi artıq 18,17 lirənin üzərinə qalxıb və bu 2022-ci ilin ən yüksək göstəricisidir.

Bank səhmlərinin liderlik etdiyi BIST 100 indeksi isə 2% yüksəlib.

Asiya və Avropada səhm indeksləri artımla ticarət edilir, qızılın unsiyası isə 0,7% artaraq 1763 dollar olub.

İqtisadiyyata dair avqust ayı üzrə məlumatlar iqtisadi aktivliyin azalmasına işarə edir.