Türkiyədə dəhşətli qətl: Əvvəlcə mübahisə etdiyi arvadını, sonra isə oğlunu güllələyib qaçdıbackend

Türkiyədə dəhşətli qətl: Əvvəlcə mübahisə etdiyi arvadını, sonra isə oğlunu güllələyib qaçdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mübahisə etdiyi arvadını və oğlunu qətlə yetirdi
TİA.AZ Ölkə.az-a istinadən xəbər verir ki, hadisə Düziçi rayonu Çerçioğlu kəndi Karayusuflar məhəlləsində Şirin ailəsinə məxsus evdə baş verib.
Məlumata görə fermer 51 yaşlı Ömər Şirin evdə yemək yeyən zaman həyat yoldaşı 48 yaşlı Ayşe Şirinlə naməlum səbəbdən mübahisə edib. Daha sonra ər arvad arasında baş verən mübahisəyə oğlu 20 yaşlı Mehmet də qoşulub. Bu vaxt qəzəblənən ata tapança ilə həyat yoldaşı və oğluna atəş açıb. Ayşe və oğlu Mehmet Zengin qanlar içində yerə yıxılarkən Ömər Şirin hadisə yerindən qaçıb.
Qonşuların xəbəri üzərinə hadisə yerinə jandarma və həkim briqadası gəlib. Ağır yaralanan qadının elə hadisə yerində dünyasını dəyişdiyi məlum olub.  Digər yaralı Mehmet isə xəstəxanaya çatdırılasa da onun həyatını xilas etmək mümkün olmayıb.
Qətli törətməkdə şübhəli bilinən Ömer Şirinin axtarışları davam edir.