Türkiyədə daha bir meşə yanğını ocağı yaranıbbackend

Türkiyədə daha bir meşə yanğını ocağı yaranıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İzmir şəhərində yenə meşə yanğını başlayıb.

TİA.AZ xəbər verir ki, yanğın İzmirin Çeşmə rayonu ərazisində baş verib.

Meşələrin yandığını görən vətəndaşlar dövlət qurumlarına bu barədə xəbər veriblər. Əraziyə 3 helikopter, 3 yanğınsöndürən maşın və çoxlu sayda personal cəlb olunub.

Küləkli hava şəraitinin yanğınsöndürmə tədbirlərinə mənfi təsir etdiyi deyilir.