Türkiyədə bu gün koronavirusdan 114 nəfər həyatını itiribbackend

Türkiyədə bu gün koronavirusdan 114 nəfər həyatını itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 114 nəfər ölüb.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 222 min 847 nəfər test edilib, onların 6 min 602-nin koronavirus testi pozitiv nəticə verib, 8 min 540 nəfər sağalıb, min 219 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 47 min 882 nəfər ölüb.

Türkiyədə indiyədək 5 miyon 270 min 299 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 139 min 993 nəfəri müalicə olunaraq evə buraxılıb.