Türkiyədə bina çökdü – Xəsarət alanlar var (VİDEO)backend

Türkiyədə bina çökdü – Xəsarət alanlar var (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin Malatya şəhərində bina çöküb.
TİA.AZ bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Dağıntılar altından 8 nəfər yaralı halda çıxarılıb. Məlumata görə, dağıntılar altında 20-yə yaxın insan var.
Malatya Jurnalistlər Cəmiyyətinin sədr müavini Mikayıl Pelik bildirib ki, binanın birinci mərtəbəsində restoran, yuxarıda isə qəhvəxana yerləşir.
İnönü küçəsində yerləşən köhnə tikilinin naməlum səbəbdən uçduğu deyilir.
Hadisə yerinə çoxlu sayda xilasetmə qüvvələri, polis, yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşınları cəlb edilib.