Türkiyədə benzinin qiyməti artırıldıbackend

Türkiyədə benzinin qiyməti artırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyədə bu gecədən etibarən benzinin 1 litrində 11 kuruş (4,8 qəpik) artım olacaq.
 
TİA.AZ xəbər verir ki, Türkiyə Enerji Neft Qaz Quraşdırma Stansiyaları İşəgötürənlər Birliyi bu barədə məlumat yayıb.
Qurumdan bildirilib ki, 11 kuruşun 4 kuruşu Xüsusi İstehlak Vergisi tərəfindən qarşılanacaq.
Son qiymət artımı ilə bərabər, İstanbulda benzin 7.24 lirəyə, İzmirdə 7.30, Ankarada isə 7.29 lirədən hesablanacaq. (APA)