Türkiyədə azərbaycanlı qadına görə bank boşaldıldı – Bomba həyacanı (VİDEO)backend

Türkiyədə azərbaycanlı qadına görə bank boşaldıldı – Bomba həyacanı (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Antalyanın Manavqat rayonunda yerləşən banklarının birinin qarşısında azərbaycanlı qadının yaddan çıxartdığı çanta təşvişə səbəb olub.
Qaynarinfo xəbər verir ki, banka müştəri kimi əməliyyat etməyə gələn azərbaycanlı qadın çantasını yaddan çıxararaq orada saxlayıb. Bank işçiləri çantanın sahibini tapa bilmədiyindən polisə məlumat verib.
Hadisə yerinə çoxlu sayda polis və bomba zərərsizləşdirənlər göndərilib. Ehtiyyat tədbiri olaraq bank işçiləri çölə çıxarılıb və təhlükəsizlik tədbirləri görən polis işçiləri Manavqat Bələdiyyəsinə məxsus zibil maşınları ilə Antalya küçəsini bağlayıb.
Bomba axtaranlar əməliyyat zamanı çantanın içi yoxlayıb və heç bir təhlükəli əşya aşkarlamayıb.
Daha sonra polis tərəfindən çantanın sahibi tapılaraq banka çağrılıb.
Adının öyrənilməsi mümkün olmayan azərbaycanlı qadın bank filialına gələrək çantanın ona məxsus olduğunu bildirib. Polis qadının kimliyini araşdırdıqdan sonra çantasını özünə qaytarıb.