Türkiyədə avtomobil yanacağı bahalaşırbackend

Türkiyədə avtomobil yanacağı bahalaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə mayın 5-dən etibarən avtomobil benzininin qiyməti 7 kuruş, dizel yanacağının qiyməti isə 16 kuruş artırılacaq.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bununla da Ankarada orta hesabla 5,33 Türkiyə lirəsindən satılan avtomobil benzinin qiyməti 5,40 lirə təşkil edəcək.

İstanbulda benzin 5,19 lirədən 5,26 lirəyə, İzmirdə 5,36 lirədən 5,43 lirəyə qalxacaq.

Ankarada dizel yanacağının qiyməti 4,87 lirədən 5,03 lirəyə, İstanbulda 4,79 lirədən 4,95 lirəyə, İzmirdə 4,89 lirədən 5,05 lirəyə artacaq.