Türkiyədə 93 hərbçi həbs edildibackend

Türkiyədə 93 hərbçi həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyə Silahlı Qüvvələrinin (TSK) FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində bir neçə genişmiqyaslı əməliyyat keçirilib.
“Anadolu” xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan əməliyyat zamanı FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən 93 hərbçi saxlanılıb. Onlardan 25-i həbs edilib, üç nəfər barəsində hələ də araşdırmalar aparılır. Saxlanılmasına qərar verilən daha 22 nəfərin axtarışları davam edir. Saxlanılanlardan 22-i terror təşkilatının fəaliyyəti ilə bağlı təhlükəsizlik qüvvələrinə geniş məlumat verib.
Daha bir əməliyyat İzmir Baş Prokurorluğu tərəfindən ölkənin 53 vilayətində paralel keçirilib. Martın 23-də başladılan əməliyyatlarda indiyədək 184 hərbçinin saxlanılmasına qərar verilib. Bu şəxslərdən 172-i saxlanılıb ki, onlardan 123-ü hazırda fəaliyyətdə olan hərbçilərdir. Saxlanılanlardan 41-i həbs edilib, 92-i isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Digər şübhəlilərin axtarışları davam edir.