Türkiyədə 48 saat evdən çıxmaq qadağan edildibackend

Türkiyədə 48 saat evdən çıxmaq qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə hakimiyyəti koronavirus pandemiyası ilə əlaqədar 31 əyalətin, eləcə də Ankara və İstanbul sakinlərinə bu şənbə və bazar günləri evdən çıxmağı qadağan edilib. TİA.AZ bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“11 aprel saat 00:00-dan iki sutka ərzində 31 əyalətin (eləcə də Ankara və İstanbul) sakinlərinə evdən çıxmaq qadağan edilir. Detallar daha sonra yerli hakim dairələr tərəfindən açıqlanacaq”, – məlumatda deyilir.

Qeyd edək ki, Türkiyədə indiyədək koronavirusdan 1 006 nəfər vəfat edib,  47 029 yoluxma halı qeydə alınıb.