“Türkiyə xarici siyasətini dəyişməyəcək…” – Ərdoğanbackend

“Türkiyə xarici siyasətini dəyişməyəcək…” – Ərdoğan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin xaici siyasətinə yenidən baxmaq məsələsinin yolverilməz olduğunu bildirib. Bu barədə sentyabrın 17-də «Anadolu» dövlət informasiya agentliyi xəbər verib.

Türkiyə liderinin sözlərinə görə, Ankaranın tənqidçiləri sual verirlər: «Türkiyənin Suriyada, Liviyada, Balkanlarda, Şərqi Aralıq dənizində, Şimali Afrikada, Qafqazlarda nə işi var?».

«Məgər, Türkiyə Suriyadakı situasiyada iştirakdan imtina etsə, bu ölkədə münaqişə həll olunacaq? Terrorçular İraqın şimalından özləri geri çəkiləcəklər? Liviyadakı qanuni hökumətin düşmənləri hakimiyyətdən imtina edəcəklər?

Tutaq ki, Ankara xarici siyasətdəki addımlarından tam olaraq imtina etdi… O zaman Fransa bunun cavabında öz səhvlərindən imtina edib, sağlam siyasətə qayıdacaq?» – deyə, dövlət başçısı sual edib.

Prezident qeyd edib ki, əgər Ankaranın tənqidçiləri əllərini ürəklərinin üstünə qoyub da bu suallara səmimi təsdiqləyici cavab verə bilsələr, o zaman Türkiyə xarici siyasət doktrinasına yenidən baxmağa hazır olacaq.