3 min komando Türkiyənin Davraz dağına çıxaraq şəhidlərimizin xatirəsini yad ediblər – VİDEObackend

3 min komando Türkiyənin Davraz dağına çıxaraq şəhidlərimizin xatirəsini yad ediblər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə komandoları İsparta və İqdir rayonları ərazisində yerləşən Davraz dağına yürüş ediblər.

TİA.AZ xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, yürüşdə Azərbaycan və Somalidən olan və hazırda Türkiyədə kurs keçən komandolar da iştirak edib.

“Şəhidlərin xatirəsini anmaq üçün təşkil edilən yürüşdə 3 min komando iştirak edib. Şəhidlərimizin xatirəsini ehtiramla yad edirik”, – nazirlikdən bildirilib.

Yürüşün sonunda Darvaz dağının zirvəsinə qalxılıb, orada komandolar müxtəlif marşlar oxuyublar, Azərbaycan, Türkiyə, Somali bayraqları açılıb.