Türkiyə və Azərbaycan birgə zərbə PUA-ları istehsal edəcək – Fabrik üzərində işlər gedirbackend

Türkiyə və Azərbaycan birgə zərbə PUA-ları istehsal edəcək – Fabrik üzərində işlər gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ankara ilə Bakı arasında yeni əməkdaşlıq layihələri çərçivəsində Azərbaycanda zərbə PUA-ları istehsalı üçün fabrik üzərində işləyirik.

 

TİA.AZ xəbər verir ki, bu barədə Antalya Diplomatiya Forumunda çıxışı zamanı Türkiyənin Müdafiə Sənayesi Komitəsinin rəhbəri İsmail Dəmir məlumat verib.

“Madam ki, Azərbaycan haqqında “bir millət, iki dövlət” deyirik, düşünürük ki, belə də davranmalıyıq. PUA nümunəsini götürək. Orada bir PUA fabrikinin yaradılması nə qədər təsirli olardı, mənbələrimizdən çox səmərəli istifadə etməliyik”, – deyə o qeyd edib.

O əlavə edib ki, bəzi şeyləri təkrarlamaq əvəzinə investisiyalar hər iki ölkəyə də fayda təmin etməlidir.