Türkiyə Ukraynanın qarant ölkələri sırasında – Kiyev təhlükəsizlik təminatı istədiyi ölkələri açıqladıbackend

Türkiyə Ukraynanın qarant ölkələri sırasında – Kiyev təhlükəsizlik təminatı istədiyi ölkələri açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya nə qədər çalışsa da, Ukraynanın təhlükəsizliyinə təminat verəcək potensial ölkələrin siyahısına salınmayıb.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna Prezident Ofisi “Kiyev Təhlükəsizlik Müqaviləsi” adlı müqaviləyə qoşulmasını istədiyi ölkələrin siyahısını açıqlayıb. Bu ölkələrlə müharibədən sonra Ukraynanın təhlükəsizliyinə təminat verilməsinə dair ikitərəfli sənədlər imzalana bilər. Həmin siyahıda Rusiya ilə yanaşı Çin və Hindistan da yer almayacaq. Bu məsələyə şərh verən Ukrayna Prezident Ofisinin başçısı Andrey Yermak deyib ki, təcavüzkar Rusiya heç vaxt Ukraynanın təhlükəsizliyinin qarantı ola bilməz.

Ukraynanın güvəndiyi və təhlükəsizliyinə təminat istədiyi ölkələr isə bunlardır: ABŞ, Böyük Britaniya, Kanada, Türkiyə, Polşa, İtaliya, Almaniya, Fransa, Avstraliya. Prezident Ofisindən bildiriblər ki, buraya gələcəkdə Baltikyanı ölkələri də aid etmək olar. Lakin məlum məsələdir ki, bu kiçik dövlətlərin nə hərbi, nə də siyasi baxımdan Ukraynaya təhlükəsizlik təminatı verməsi ağlabatan deyil.

Siyahıda Türkiyənin də adının olması isə bir daha göstərir ki, Ukrayna rəhbərliyi Türkiyənin Ukraynaya dəstəyini və beynəlxalq nüfuzunu yüksək qiymətləndirir. Baxmayaraq ki, son zamanlar Qərbdə bir çoxları anti-Türkiyə kampaniyası aparmaqla və Türkiyə rəhbərliyinin Moskva ilə münasibətlərini tənqid etməklə məşğuldur.