Türkiyə – Uels oyununa 25 min bilet satılıbbackend

Türkiyə – Uels oyununa 25 min bilet satılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AVRO-2020-nin qrup mərhələsinin II turu çərçivəsində Bakıda keçiriləcək Türkiyə – Uels oyununda anşlaq gözlənilir.

TİA.AZ saytının məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Assosiasiya rəsmisi Bakı Olimpiya Stadionundakı qarşılaşma satışa çıxarılan 31 min biletdən 25 mininin artıq satıldığını söyləyib. O, bu görüşü izləmək üçün Türkiyədən 4000-ə yaxın azarkeşin Bakıya gələcəyini bildirib. Uelsin isə matçda 300 tərəfdarı olacaq.

Oyun saatına qədər qalan biletlərin də satılması gözlənilir. Bu isə o deməkdir ki, koronavirus pandemiyasından bəri Bakıda ilk dəfə belə böyük azarkeş kütləsi oyun izləyəcək.

Qeyd edək ki, bu gün keçiriləcək Türkiyə – Uels görüşü saat 20:00-da başlayacaq.