Türkiyə supermarketləri yüksək qiymətlərə görə milyonlarla cərimələndibackend

Türkiyə supermarketləri yüksək qiymətlərə görə milyonlarla cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha əvvəl prezident Rəcəb Tayyib Ərdoğanın yüksək inflyasiya ilə mübarizədə göstərdikləri köməyə görə təşəkkür etməsinə baxmayaraq, Türkiyənin antiinhisar qurumu ölkənin beş aparıcı supermarket şəbəkəsini yüksək qiymətlərə görə cərimələyib.

 

TİA.AZ xəbər verir ki, bu barədə Bloomberg agentliyinin məlumatında deyilir.

Ümumilikdə şirkətlər 2,6 milyard lirə (276 milyon dollar) cərimələnib.

Eyni zamanda, BIM şəbəkəsi Birleşik Magazalar AS ən çox zərər çəkib – o, 958 milyon lirə ödəməlidir. Bəzi şəbəkələr qərara etiraz edəcəklərini bildiriblər.

Qeyd edək ki, Prezident Ərdoğan bir qədər əvvəl supermarketlərin “bütün bazarları məhv etdiyini” bildirmiş və bazarı “tarazlaşdırmaq” üçün min dənə dotasiyalı mağaza açacağını vəd etmişdi. Pərakəndə Satıcılar Assosiasiyasının rəhbəri Qalib Aykaç qiymət artımına səbəb kimi yüksək istehsal xərclərini göstərərək, supermarketlərin inflyasiyaya görə günah keçisi olduğunu bildirib.