Türkiyə şirkətinin qalib olduğu yarım milyonluq tenderin nəticəsi ləğv olundu – RƏSMİbackend

Türkiyə şirkətinin qalib olduğu yarım milyonluq tenderin nəticəsi ləğv olundu – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Nüvə Tədqiqatları Mərkəzinin  464 min 625 manat məbləğində olan tenderin nəticəsi ləğv edilib.

Valyuta.Az xəbər verir ki, Türkiyə şirkəti “Tetra az” MMC-nin qalib olduğu tenderin nəticəsini İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehklak Bazarına Nəzarət Dövlət Xidməti ləğv edib.

Məlumatda deyilir:

“Mərkəzin  keçirdiyi elmi-tədqiqat cihaz və avadanlıqların açıq tender üsulu ilə satınalınması müsabiqəsinin yekun protokolu və digər sənədlər 23.02.2021-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehklak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilmiş, oradan gələn cavab məktubunda göstərilən səbəblərə əsasən həmin müsabiqənin nəticəsi ləğv edilir”.

Tədqiqat Mərkəzinindən Valyuta.Az-a bildirilib ki, Dövlət Xidməti səbəb kimi tender komissiyasında İqtisadiyyat və Maliyyə Nazirliklərinin nümayəndələrinin təmsil olunmamasını göstərib.

Mərkəzin əməkdaşı Vidadi Həsənovun sözlərinə görə, tenderin yenidən keçirilib-keçirilməsi İqtisadiyyat Nazirliyinə yenidən yazacaqları məktuba veriləcək cavabdan asılı olacaq.

Qeyd edək ki, fevralın 23-də keçirilən tenderin şərtlərinə görə, mərkəz üçün 1 ədəd “vacuum pumping station”, 1 ədəd PERKIN ELMER SPECTRUM TWO FT-IR, 1 ədəd Attenuated Total Reflectance, 1 ədəd standart istifadə etmədən nümunələrin 😯 – ₉₂U intervalında element tərkibi analizi imkanı verən sistem – Yüksək Ayıretməli Dalğa uzunluqlu Dispersiv (WDXRF) Rentgen Füloresent Spectrometr, 1 ədəd florescent əlavəli trinokular tədqiqat mikroskopu, 1 ədəd Optistat DN-V Oxford Instruments Nanoscience (cihaz materiallarda optik, elektrik və dielektrik xassələrin 77K-500K temperatur intervalında tədqiqinə imkan verməlidir), 1 ədəd rentgen və qamma dozimetri, 5 ədəd qamma və rentgen dozimetri alınmalı idi.

“Tetra AZ” MMC 2013-cü ilin sonlarında “Tetra Texnoloji Sistemlər LTD-Türkiyə” tərəfindən Bakıda yerli Azərbaycan firması olaraq qurulub.