Türkiyə səfiri Polad Həşimovun anasının əlindən öpdü – FOTObackend

Türkiyə səfiri Polad Həşimovun anasının əlindən öpdü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun evini ziyarət edib.

Diplomat bu barədə özünün “Twitter” hesabından xəbər verib.

“Şəhid general Polad Həşimovun anası Səmayə xanımı ziyarət etdik, əlini öpdük, Türkiyənin bayrağını hədiyyə etdik”, – deyə Cahit Bağçı bildirib.

Onun sözlərinə görə, Səmayə xanım onlara “Allah türk millətini qorusun”, – deyə xeyir-dua verib, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və xalqa salamlarını yollayıb.