Türkiyə Rusiyanın 3 gəmisini Qara dənizə buraxmadıbackend

Türkiyə Rusiyanın 3 gəmisini Qara dənizə buraxmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Rusiya və Ukraynanı Montrö sazişinin 19-cu maddəsini tətbiq etdiyinə dair məlumatlandırıb.

TİA.AZ xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu “Habertürk”ə deyib.

Çavuşoğlunun sözlərinə görə, Rusiya tərəfi Türkiyənin qərarını “dostcasına” qarşılayıb. Fevralın 27-28-də Türkiyə tərəfi Bosfor və Dardanel boğazlarından Qara dənizə keçməm istəyən 4 Rusiya hərbi gəmisindən 3-nə keçid icazəsi verməyib. Həmin gəmilərin qeydiyyat yeri Qara dənizə olmayıb.