Türkiyə rusiyalı turistlərə məhdudiyyət qoyulması xəbərini yalanladıbackend

Türkiyə rusiyalı turistlərə məhdudiyyət qoyulması xəbərini yalanladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyə hökuməti rusiyalı turistlər üçün yeni məhdudiyyətlər tətbiq etmək, sanitariya və epidemioloji tədbirləri sərtləşdirmək niyyətində deyil. 
TİA.AZ xəbər verir ki, bu barədə Türkiyənin Moskvadakı səfirliyindən bildirilib.
Rusiya Tur Operatorları Birliyi bir sıra Rusiya mediasında ölkədəki koronavirus hallarının artması səbəbiylə rusiyalı turistlərlə əlaqəli Türkiyədə tədbirlərin sərtləşdirilməsi barədə çıxan xəbərləri də təkzib edib.
ATOR (Rusiya Tur Operatorlar Assosiasiyası) inkişaf etmiş səhiyyə sistemi sayəsində Türkiyənin pandemiya dövründəki çətinliklərin öhdəsindən uğurla gəldiyini qeyd edib. Bundan başqa ölkədə həyata keçirilən “Təhlükəsiz turizmin sertifikatı” proqramı ölkənin qonaqlarına zəmanət vermək üçün lazımi qaydalar və tədbirləri özündə birləşdirir.