Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Azərbaycana nə verəcək?backend

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Azərbaycana nə verəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması Qarabağda situasiyanı dəyişdirir və proseslərin inkişafına dair ehtimalları önə çıxarır.

TİA.AZ xəbər verir ki, bu sözləri jurnalist-analitik Asif Nərimanlı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasını şərh edərkən vurğulayıb. Asif Nərimanlı Mərkəzin fəaliyyətə başlamasının Rusiya sülhməramlılarının Qarabağda funksiyasına zidd addımlarını məhdudlaşacağını qyed edib:

“Rusiya sülhməramlılarının Qarabağda funksiyasına zidd addımları məhdudlaşacaq: müharibədən sonra bölgədə təkbaşına, həm də özbaşına hərəkət edən ruslara alternativ gəldi;

Bakının Moskva qarşısında 10 Noyabr razılaşmasının şərtlərinin yerinə yetirilməsi ilə bağlı tələbləri sərtləşəcək: erməni silahlılarının bölgədən çıxarılması ilk sıradadır.

Silahlı ermənilərin çıxarılması prosesinin yaz aylarında (mart-aprel) gerçəkləşə biləcəyi mümkündür:

– Bakı sülhməramlıların funksiyasını yerinə yetirməməsinə qış aylarına görə göz yumduğunun mesajını vermişdi: bu o demək idi ki, qışdan sonra səssiz qalmayacaq;

– Bakının əlini gücləndirmək üçün mərkəzin fəaliyyətinə başlamasına (türklərin rəsmən gəlişini) ehtiyac var idi”.

Xatırladaq ki, bu gün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Ağdamda açılışı olub.