Türkiyə rus gəmilərini Qara dənizə buraxmadı – “Montrö” Konvensiyası işə düşdübackend

Türkiyə rus gəmilərini Qara dənizə buraxmadı – “Montrö” Konvensiyası işə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna muharibəsinin davam etdiyi vaxtda Türkiyə tərəfsiz mövqe nümayiş etdirdiyini bir daha sübut edib.

“AzPolitika.info” Türkiyə mediasına istinadla xəbər verir ki, “Montrö” Konvensiyasını tətbiq edən Türkiyə, Aralıq dənizindən Qara dənizə keçməyə çalışan Rusiyaya məxsus 4 döyüş gəmisinə icazə verməyib.

Məlumatda qeyd olunur ki, döyüş gəmilərinin üzərində çoxlu sayda roketlər və ağır silahlar olub.

Bu gəmilərin arasında Rusiyanın “dəmir yumruq” adlandırdığı “Admiral Flota Kasatonov” döyüş gəmisi də yer alıb. Bu gəminin 135 metr uzunluğunda və 4500 ton ağırlığında olduğu bildirilir.

Qeyd edək ki, hərbi gəmilərin Qara dənizə buraxılmaması Rusiyanın dənizdən hücuma keçərək Oddessanı işğal etmək cəhdini iflasa uğrada bilər.