Türkiyə Quru Qoşunlarının yaradılmasından 2231 il keçirbackend

Türkiyə Quru Qoşunlarının yaradılmasından 2231 il keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə milli müdafiə naziri Hulusi Akar Türkiyə Quru Qoşunlarının yaradılmasının 2231-ci ildönümü münasibətilə təbrik edib.

TİA.AZ xəbər verir ki, bu barədə nazirliyin tviter hesabında bildirilib.

“Üzərinə götürdüyü bütün vəzifələrdə böyük uğurlara imza atan Quru Qoşunlarımız xüsusilə cənub sərhədimizdə yaradılması arzulanan terror dəhlizinin qarşısının alınması və ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirdiyi genişmiqyaslı əməliyyatlarla şanlı tarixinə yeni və böyük nailiyyətlər əlavə edib.

Bu fəaliyyətlərlə yanaşı, Azərbaycan, Liviya, Kosovo, Bosniya və Herseqovina, Qətər və Somali kimi dost, qardaş və müttəfiq ölkələrdə NATO, BMT, Aİ və ATƏT çərçivəsində və ikitərəfli qaydada uğurla xidmət edən qəhrəman Quru Qoşunlarımız tariximizə, mədəniyyətimizə və əcdadlarımıza yaraşan şəkildə qlobal sülh və sabitliyə töhfə verməklə yanaşı, eyni zamanda, təlim/təcrübə fəaliyyətlərini də fasiləsiz olaraq davam etdirir”, – deyə mesajda bildirilir.

Qeyd edək ki, Türkiyədə Quru Qoşunlarının yaranması Hun imperiyasının dövrünə təsadüf edir. Qardaş ölkənin Quru Qoşunlarının tarixi eramızdan əvvəl 209-cu ildən hesablanır.