Türkiyə ordusunun generalı Suriyada vəfat edibbackend

Türkiyə ordusunun generalı Suriyada vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Silah Qüvvələrinin Suriyada xidməti vəzifəsini icra edən briqada generalı Sezgin Ərdoğan ürək tutması nəticəsində vəfat edib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, 2020-ci il sentyabrın 9-da general Suriyanın İdlib bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən özünü narahat hiss edib: “O, xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”.