Türkiyə ordusu PKK-nın rəhbərlərindən birini məhv etdibackend

Türkiyə ordusu PKK-nın rəhbərlərindən birini məhv etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin (TSK) İraqın şimalındakı əməliyyatı çərçivəsində PKK terror təşkilatının əsas üzvlərindən biri zərərsizləşdirilib.
TİA.AZ xəbər verir ki, PKK-nın qolu olan KCK-nın “icraiyyə komitəsi”nin üzvü Sinan Mirhan kod adlı Dalokay Şanlı İnterpolun axtarışında olub.
Terror təşkilatına 1999-cu ildən Yunanıstandan qatıldığı bildirilən Dalokay Şanlının Türkiyədə törədilən təxribat, sui-qəsd, yanğın və digər terrorçu hərəkətləri üçün terrorçuların təlimat aldığı “Apollo Akademiyası”nın rəhbərliyində təmsil olunub.