Türkiyə Kubokunun sahibi məlum oldubackend

Türkiyə Kubokunun sahibi məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Türkiyə Kubokunda final matçı keçirilib. “Report”un məlumatına görə, İstanbuldakı “Atatürk” Olimpiya Stadionunda “Trabzonspor” və “Alanyaspor” komandaları üz-üzə gəlib. Qarşılaşma “Trabzonspor”un qələbəsi ilə yekunlaşıb – 2:0. İlk qolu 25-ci dəqiqədə Abdulkadir Ömür vurub. Oyunda son nöqtəni isə 90+10-cu dəqiqədə Aleksander Sörlot qoyub.

Bununla da “Trabzonspor” tarixində 9-cu dəfə Türkiyə Kubokuna sahib olub. Sonuncu dəfə “bordo-mavilər” kuboka 2010-cu ildə sahib olmuşdular. Superliqada isə bu klub cari mövsümdə gümüş medal qazanıb.

Çempionatda 5-ci yerlə kifayətlənən “Alanyaspor” tarixində ilk dəfə kubokda final həyəcanı yaşayıb.