Türkiyə Krımın ilhaqının ildönümündə Rusiyanı sərt şəkildə qınadıbackend

Türkiyə Krımın ilhaqının ildönümündə Rusiyanı sərt şəkildə qınadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ankara 16 martda Krımın Rusiya Federasiyasına birləşdirilməsinin yeddinci ildönümündə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib. Türkiyə Rusiyanın hərəkətləri ilə beynəlxalq hüququ pozduğunu bəyan edib.
TİA.AZ xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi 2014-cü il hadisələrini yarımadanın Rusiyaya “qovuşması” adlandırmağın mümkün olmadığını, bunun sadəcə ilhaq olduğunu vurğulayıb.
Ankara Rusiya qoşunlarının istilasından sonra təşkil edilən 2014 Mart referendumunu qanunsuz adlandıraraq “Krımdakı faktiki vəziyyəti tanımadığını bildirib.
Xarici İşlər Nazirliyinin açıqlamasında Moskva Krım tatarlarının təhlükəsizliyi, rifahı və mədəni kimliyini təmin etməyə çağırılır.
Rusiya hakimiyyəti ilhaq ittihamlarını rədd edərək, yerli sakinlərin istəyi ilə Ukrayna yarımadasının könüllü şəkildə Rusiya ilə birləşdirildiyini iddia edir.